NATO-nun xarici işlәr nazirlәri sәviyyәsindәki iclası keçirilir

NATO-nun xarici işlәr nazirlәri  sәviyyәsindәki iclası  Belçikanın paytaxtı Brüsseldә keçirilir.

862004
NATO-nun xarici işlәr nazirlәri  sәviyyәsindәki iclası keçirilir

Yığıncaqdan әvvәl çıxış edәn NATO-nun baş katibi Jens Stoltenberq: ‘‘NATO-Avropa İttifaqı әmәkdaşlığını yeni sәviyyәyә qaldıra bilәcәyimizә ümid edirik’’ deyib.

Mәlumata görә, NATO-ya üzv dövlәtlәrin xarici işlәr nazirlәri iclasda  ittifaqın 2018-ci ildә keçirilәcәk  sammitindәn әvvәl yol xәritәsini  gündәmә gәtirәcәk.

İclasda Türkiyәni ölkәnin  xarici işlәr naziri  Mövlud Çavuşoğlu tәmsil edir.

Mövlud Çavuşoğlu yığıncaqdan әvvәl  ikitәrәfli görüşlәr keçirib.

Mövlud Çavuşoğlunun NATO-nun baş katibi, Rumıniya, Polşa vә Macarıstanın xarici işlәr nazirlәri ilә görüş keçirdiyi bildirilir.

Qeyd edәk ki, yığıncaqda NATO-ya üzv olmayan İsveç vә Finlandiyanın xarici işlәr nazirlәri dә iştirak edib.



Әlaqәli Xәbәrlәr