ABŞ terror təşkilatı ilə əməkdaşlığı davam etdirəcək

ABŞ Suriyada terror təşkilatı PKK/YPG-yə etdiyi birbaşa silah yardımına son qoymaq məsələsini dəyərlərdindiyini, ancaq təşkilatla əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.

856379
ABŞ terror təşkilatı ilə əməkdaşlığı davam etdirəcək

ABŞ Suriyada PKK/YPG terror təşkilatına etdiyi birbaşa silah yardımına son qoymaq məsələsini dəyərlərdindiyini, ancaq təşkilatla əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Ağ Ev Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Tramp arasında noyabrın 24-də baş tutan telefon danışığında gündəmə salınan “ABŞ-ın PKK/YPG-yə silah dəstəyinin kəsilməsi” ilə əlaqəli açıqlama yayıb.

Pentaqonun Orta Şərq məsələləri üzrə nümayəndələrindən Eric Pahon terror təşkilatına başda Raqqa olmaqla sadəcə əməliyyat əsaslı silah dəstəyi  verildiyini söyləyib.

Təşkilata verilən dəstəyin dəyərləndirildiyini bildirən Pahon deyib ki, Türkiyəyə hər zaman, kürd ünsürləri daxil Suriya Demokratik Qüvvələrinə (SDG-PKK/PYD) məhdud, vəzifəyə məxsus və hərbi hədəfləri nəzərdə tutaraq silah verdiyimizlə əlaqəli açıq olduq. Bu siyasətimizə uyğun şəkildə isə DEAŞ-ı məğlub etmək və geri qayıtmasına mane olmaq məqsədilə göstərilən cəhdləri üçün Kürd tərəfdaşlarımıza (PKK/YPG) verdiyimiz hərbi dəstəklə əlaqəli vəziyyəti yenidən qiymətləndiririk.

Pahon bölgədə sabitliyin təmin olunması və DEAŞ-ın bir daha ortaya çıxmaması məqsədilə SDG adından istifadə edən PKK/PYD ilə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.

Gündəlik mətbuat konfransında bu məsələyə toxunan Pentaqonun sözçüsü polkovnik (albay)Rob Manning də “ABŞ-ın PKK/PYD-yə verdiyi dəstəyin, DEAŞ-ın məğlub edilməsi və təşkilatın geri gəlməməsi üçün sabitliyin davam etməsi uğrundakı cəhdlərin lazım olan əsaslara görə dəyərləndirildiyini” ifadə edib.

O deyib ki, DEAŞ-ı hədəf götürməkdə davam edəcəyimizi və PKK təhdidlərinə qarşı dəstəkləmək daxil NATO müttəfiqimiz Türkiyəni qorumaqla əlaqəli mövqeyimizi açıq şəkildə dilə gətirdik.

Digər tərəfdən Ağ Evin sözçüsü Sarah Sanders gündəlik mətbuat konfransında bildirib ki, ölkəsi PKK/YPG-yə etdiyi birbaşa silah yardımına Raqqa geri alındığı üçün son qoymaq məsələsini dəyərləndirdi. DEAŞ-a qarşı mübarizə qazanmağa başlandığı zaman plan bu olub ki, müəyyən qruplara təmin edilən dəstək ixtisar edilsin. Hazırda fiziki mənada DEAŞ Raqqada məğlub edilir, buna görə də müəyyən qruplara verilən hərbi dəstək dayandırılma mərhələsindədir. Ancaq bu , həmin qruplara bütün hərbi dəstəyin kəsiləcəyi mənası daşımır. Məqsəd DEAŞ-ı məğlub etmək idi. Cəbhədə (DEAŞ-a qarşı) ciddi addımlar atıldı və irəliləyiş olduğu anda plan hər zaman bu idi və bu plan dəyişmədi.  

Qeyd edək ki, Trampın may ayında Raqqa əməliyyatı üçün PKK/PYD terror təşkilatına birbaşa silah vermək üzrə Pentaqona səlahiyyət vərməsi rəsmi Vaşinqton ilə Ankara arasında gərginliyə səbəb olmuşdu. Pentaqon verilən silahların Raqqa əməliyyatı üçün vacib olduğu və bu əməliyyat çərçivəsində PKK/PYD-yə göstərilən köməkliyin “operativ və praktiki” addım olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr