Avstriyada abort əleyhinə nümayiş keçirildi

Avstriyanın paytaxtı Vyanadakı Fanziskaner Meydanında toplanan nümayişçilər "Abortu dayandırın", "Uşaqları sevirik", "Uşaqları qoruyaq”, “Qadınları dəstəkləyək” kimi yazılı plakatlar açıblar.

855115
Avstriyada abort əleyhinə nümayiş keçirildi

   Həyat üçün Gənclik təşkilatı tərəfindən təşkil edilən nümayişə Katolik Kilsəsi Gənclər Təşəbbüsü başda olmaqla Almaniya, Belçika kimi qonşu ölkələrin vətəndaşları da dəstək verib.

  Həyat üçün Gənclik təşkilatı adından çıxış edən Culiya Mayer deyib: “Abortun dayandırılması üçün Avstriya daxilində regional qruplar yaradaraq mübarizə aparıqıq.. Avstriyada abort etdirən qadınların böyük əksəriyyəti hamiləlik dövründə yalnız buraxıldıqları üçün bu yola müraciət etdiklərini deyir. Hər gün Avstriyada 90 uşaq abortdan həyatını itirir. Bu rəqəm ildə 36 min edir. Bu səbəbdən hər kəsdən abort əleyhinə tədbirlərimizə dəstək verməsi üçün müraciət edirik".

  Vyananın böyük prospektlərindən olan Ringstrasseyi maşın yoluna bağlayaraq yürüş edən nümayişçilərə abort tərəfdarı olan bəzi adamlar da öz plakatlarını açaraq əks reaksiya göstəriblər.



Әlaqәli Xәbәrlәr