Merkeli istefaya çağırdılar

Almaniyada Xristian Demokrat Birlik Partiyasının (CDU) gənclər təşkilatı "Junge Union"un (JU) Düsseldorf Bölgə Təşkilatı Almaniya kansleri  Merkeli vəzifəsindən istefa verməyə çağırdı.

853334
Merkeli istefaya çağırdılar

Almaniyada Xristian Demokrat Birlik Partiyasının (CDU) gənclər təşkilatı "Junge Union"un (JU) Düsseldorf Bölgə Təşkilatı Almaniya kansleri  Merkeli vəzifəsindən istefa verməyə çağırdı.
 
 JU Düsseldorf bölgə sədri Ulrich Wensel Alman Xəbər Agentliyinə (DPA) verdiyi müsahibədə bölgə gənclər təşkilatı olaraq Merkelin dərhal istefa verməsi çağırışı ilə  əlaqədar qərar qəbul etdiklərini bildridi.
 
 Xristian Birlik (CDU/CSU) partiyalarının 24 sentyabrda keçirilən parlament seçkilərində 1949-cu ildən bu yana ən pis nəticə aldığını xatırladan Wensel Merkelin bu nəticələrə görə məsuliyyət daşıdığını qeyd etdi.
 
 Digər tərəfdən, Sosial Demokrat Partiyasının (SPD) sədriı Martin Schulz   ölkənin düşdüyü bu ağır vəziyyətdə mənsub olduğu partiyanın da məsuliyyət şüuruna malik olduğunu qeyd etdi.
 
 FDP sədri Christian Lindner  Spiegel jurnalına verdiyi müsahibədə uğursuzluqla nəticələnən CDU/CSU, FDP və Yaşıllar arasındakı koalisiya müzakirələrinə yenidən başlamayacağını bildirdi.
 
 Yaşıllar Partiyası Deputat Jürgen Trittin daha əvvəl verdiyi açıqlamada Lindneri başqaları ilə birlikdə Merkeli devirmək istəyində günahlandırmışdı.
 
Qeyd edək ki,  Almaniyada 18 oktyabrdan sonra təxminən 4,5 həftə ərzində hökuməti qurmaq məqsədilə CDU/CSU, FDP və Yaşıllar arasında aparılan ön müzakirələr  FDP-nin həftənin əvvəlində masadan qalxması ilə uğursuzluqla nəticələnmişdi.
 
 Prezident Frank-Walter Steinmeier də ölkədəki siyasi partiyalara müraciət edərək, onları koalisiya hökumətinin yaradılması məsələsində məsuliyyətdən yayınmamağa çağırmış və partiya lideri ilə görüşməyə başlamışdı.



Әlaqәli Xәbәrlәr