Livanın Baş naziri istefa qərarını təxirə saldı

Noyabrın 4-də Səudiyyə Ərəbistanında istefasını elan edən Livanın Baş naziri Saad Hariri bu qərarından vaz keçib.

852640
Livanın Baş naziri istefa qərarını təxirə saldı

Noyabrın 4-də Səudiyyə Ərəbistanında istefasını elan edən Livanın Baş naziri Saad Hariri bu qərarından vaz keçib.

Postundan getmək barədə qərarından daşınan Hariri yenidən ölkə hökumətinə başçılıq edəcək. 

Hariri prezident Mişel Avnla görüşündə istefasını təqdim etdiyini, ancaq Avnın istəyinə görə bu addımını təxirə saldığını bildirib.

Xatırladaq ki, noyabrın 12-də Hariri “Əl-Mustaqbal” telekanalına müsahibəsində istefa barədə qərarını “Livanın maraqlarını qorumaq” cəhdi ilə izah etmişdi. Eyni zamanda bildirmişdi ki, “Livan hökuməti tərəfindən elan olunan neytrallıq və regional münaqişələrdən uzaq durmaq prinsipləri dəqiq yerinə yetirilsə” istefasından imtina etməyə hazırdır.



Әlaqәli Xәbәrlәr