Polis qayınata və qonşularını, sonra özünü öldürdü

Hadisə yerinə gələn təcili yardım işçiləri üç nəfərin öldüyünü, qayınananın isə ağır yaralı olduğunu qeyd ediblər.

850408
Polis qayınata və qonşularını, sonra özünü öldürdü

  Fransanın paytaxtı Parisin Sarselya (Sarcelles) qəsəbəsində bir polis məmuru qayınata və iki qonşusunu öldürüb, sonra intihar edib.

  “Le Parisien” qəzetinin yazdığına görə, polis məmur silahıyla əvvəl qayınata və qayınanasına, sonra ona mane olmaq istəyən qonşularına atəş açıb. Hadisə yerinə gələn təcili yardım işçiləri üç nəfərin öldüyünü, qayınananın isə ağır yaralı olduğunu qeyd ediblər.

  Qonşulardan birinin cəsədi maşının içərisində, digəri isə yanında olub.

  Paris polis məmuru sonra həmin evin həyətində özünü öldürüb.

  Faktla bağlı istintaqa görə, cinayət ailədaxili münaqişələr üzündən baş verib.



Әlaqәli Xәbәrlәr