"Biz Şi Cinpinqlə tez-tez danışırıq", V.Putin

Vyetnamda Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq (ASİƏF) Sammiti zamanı çinli həmkarı Şi Cinpinqlə olan görüşü barədə Putin jurnalistlərə şərhində bildirib.

845627
"Biz Şi Cinpinqlə tez-tez danışırıq", V.Putin

  Rusiya prezidenti Vladimir Putin Çin iqtisadiyyatının dünyanın lideri olacağını söyləyib.

  Vyetnamda Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq (ASİƏF) Sammiti zamanı çinli həmkarı Şi Cinpinqlə olan görüşü barədə Putin jurnalistlərə şərhində bildirib: "Cənab Şi Cinpinq mənə Çinin yaxın perspektiv planları haqqında məlumat verdi. Bu, bizim üçün də çox əhəmiyyətlidir, çünki Çin ən böyük ticarət tərəfdaşımızdır. Qarşı illərdə Çin iqtisadiyyatı dünyada birinci yeri tutacaq. İki ölkə arasındakı ticarət həcmi 60 milyard dollardan artıqdır, mövcud sürətini qoruyarsa, 100 milyard dollarlıq səviyyəyə çatacaq. Əlaqələrimiz böyükdür. Çinin lideri Şi Cinpinqlə tez-tez danışırıq. Enerji, xüsusilə də, nüvə enerji mövzusunda bir çox planımız var. Ölkələrimiz birlikdə kosmos kəşfləri, aviasiya və vertolyot istehsalı sahələrində böyük əməkdaşlıq potensialına malikdir".



Әlaqәli Xәbәrlәr