DEAŞ,  Nyu-Yorkdakı  terror  hücumuna  görǝ  mǝsuliyyǝti üzǝrinǝ götürüb

ABŞ-nın Nyu-Yorkda ştatında  31 Oktyabrda  törədilən və  8 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti terror təşkilatı DEAŞ üzərinə götürüb

840261
DEAŞ,  Nyu-Yorkdakı  terror  hücumuna  görǝ  mǝsuliyyǝti üzǝrinǝ götürüb

Qeyd edək ki, oktyabrın 31-də 29 yaşlı Özbəkistan vətəndaşı Seyfullah Saipov idarə etdiyi yük maşınını velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Polislər avtomobildən düşən sürücünü atəş açaraq yaralayıblar. Hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb. Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib.

Cinayətkarın avtomobilindən aşkarlanan məktubda S.Saipov hücumu DEAŞ adından törətdiyini qeyd edib. Onun mobil telefonunda DEAŞ-ın təbliğatına aid 90 video-çarx və 3800-dək fotoşəkil aşkarlanıb.

 Prezident Tramp  S.Saipov barəsində edam hökmü verilməsini  tələb  etmişdi.



Әlaqәli Xәbәrlәr