Nyu-Yorkda törәdilәn hücum nәticәsindә ölənlərin sayı 8 nəfərə çatıb
Nyu-Yorkda sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 12 nәfәr dә yaralanıb.
Nyu-Yorkda sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 12 nәfәr dә yaralanıb.
Bunu Nyu-York meri Bill de Blazio mətbuat konfransında deyib.
Polisin rəsmi məlumatına görə, təcavüzkar bir saatlıq icarə götürdüyü yük maşını ilə velosipedçilər üçün ayrılmış zolağın hərəkət hissəsinə çıxıb və qarşısına çıxan hər kəsi vurub. Şübhəli şəxs saxlanılıb.
Kütlәvi informasiya vasitәlәri (KİV) saxlanılan şəxsin Özbəkistan vətəndaşı Sayfullo Saipov olduğunu yazır.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb