ABŞ Dövlət katibi Əfqanıstana gözlənilmədən səfər etdi

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson Səudiyyə Ərəbistanı və Qətərdən sonra Əfqanıstana gedib.

832805
ABŞ Dövlət katibi Əfqanıstana gözlənilmədən səfər etdi

  R.Tillerson paytaxt Kabildə 3 saat olub və Əfqanıstan prezidenti Əşrəf Qəni ilə bir araya gəlib.

  Mətbuata qapalı keçirilən danışıqlardan sonra sosial media üzərindən ABŞ-ın Əfqanıstandakı Səfirliyindən açıqlama verilib. Açıqlamada bildirilir: "Reks Tillerson və Əşrəf Qəni Əfqanıstanda sülh, sabitlik və uzunmüddətli rifaha nail olmaqla bağlı öhdəliklərini təkrar etdilər."

  Əfqanıstan səfərindən sonra Tillerson Qətərə geri qayıdıb, paytaxt Dohada Körfəzdəki böhranın həlli üçün Səudiyyə Ərəbistanının hələ görüşə hazır olmadığını bildirib. Qətərdən sonra ABŞ dövlət katibinin Pakistan və Hindistana keçməsi gözlənilir.

 



Әlaqәli Xәbәrlәr