Türkiyə Əfqanıstanda törәdilәn hücumu qınadı.
Bu barәdә Әfqanıstan Müdafiә Nazirliyi tәrәfindәn verilәn açıqlamada bildirilib.
Əfqanıstanın Qәndәhar şәhәrindә hәrbi bazaya tәşkil edilәn hücum nәticәsindә 43 әsgәr hәlak olub.
Hücum nәticәsindә 9 әsgәr dә yaralanıb.
Bu barәdә Әfqanıstan Müdafiә Nazirliyi tәrәfindәn verilәn açıqlamada deyilir..
Hücumun terrorçu-kamikadze tәrәfindәn törәdildiyi bildirilib.
Hücumu törәdәnlәrin mәhv edildiyi vurğulanıb.
Qeyd edәk ki, hücuma görә mәsuliyyәti terror qruplaşması Taliban öz üzәrinә götürüb.
Türkiyə Əfqanıstanda törәdilәn hücumu qınayıb.
Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Törәdilәn terror aktını qınayır, hücum nәticәsindә hәlak olanlara Allahdan rәhmәt, Әfqanıstan hökümәti vә qardaş Әfqan xalqına dәrin hüznlә başsağlığı, yaralananlara şәfa dilәyirik’’.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.