Portuqaliyanın Daxili işlər naziri vəzifəsindən istefa verib

Məlumata görə Daxili işlər naziri Constanza Urbano de Sousa, ötən həftə ölkənin mərkəzi və şimal bölgələrində baş verən və 41 nəfərin həyatını itirməsinə səbəb olan meşə yanğınları ilə əlaqəli tənqidlərə görə vəzifədən ayrılıb.

829549
Portuqaliyanın Daxili işlər naziri vəzifəsindən istefa verib

Baş nazir Antonio Costa, 26 Noyabr 2015-də Daxili işlər naziri təyin edilmiş 50 yaşlı Sousanın istefasını qəbul edib.

Qeyd edək ki, Sousa yanğından sonra qeyri-hökumət təşkilatlarının ağır tənqidlərinə məruz qalmışdı.

Portuqaliyada meşə yanğınları səbəbiylə iyun ayında da 64 nəfər həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr