Avtobus dayanacağına yaxın terror törədildi, 23 nəfər həyatını itirdi

Türkiyə Somalinin paytaxtı Moqadişuda bomba yüklü maşınla törədilən və çox sayda insanın həyatını itirməsi və yaralanmasına qəbəb olan bu terror aktını pisləyib.

827054
Avtobus dayanacağına yaxın terror törədildi, 23 nəfər həyatını itirdi

  Somalinin paytaxtı Moqadişuda bomba yüklü maşının törətdiyi hücumda 23 nəfər həyatını itirib, onlarla adam yaralanıb.

  Somali rəsmi mənbələrindən verilən məlumata görə, paytaxt Moqadişunun mərkəzində avtobus dayanacağı yaxınlığında bomba yüklü avtomobil partlayıb, nəticədə ətrafında olan insanlar və binalar zərər görüb.

  Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.

  Türkiyə Somalinin paytaxtı Moqadişuda bomba yüklü maşınla törədilən və çox sayda insanın həyatını itirməsi və yaralanmasına qəbəb olan bu terror aktını pisləyib. Ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir: “Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirik. Türkiyə Somalinin əmin-amanlığını pozan hər cür terror aktı qarşısında xalqı və huküməti ilə həmrəydir”.



Әlaqәli Xәbәrlәr