Onlar Banqladeş sərhədində gözləməkdə davam edirlər

6 min 300 arakanlı müsəlmanın günlərdir Banqladeş sərhədindəki neytral bölgədə gözlədiyi açıqlandı.

824707
Onlar Banqladeş sərhədində gözləməkdə davam edirlər

Myanmada ordu və fanatik buddistlərin Arakanda avqustun 25-dən bəridir davam etdirdiyi hücumlardan qaçan təqribən 6 min 300 arakanlı müsəlmanın günlərdir Banqladeş sərhədindəki neytral bölgədə gözlədiyi açıqlandı.

Banqladeşdə dərc olunan “The Dailystar” qəzetinin xəbərinə görə, Maunfdaw şəhərindəki müxtəlif kəndlərdən qaçaraq Banqladeş sərhədindəki neytral bölgə Naikhyanchhariyə gedən arakanlı müsəlmanların tibbi və humanitar ehtiyaclarının bir hissəsi Banqladeş Sərhəd Keşikçiləri tərəfindən ödənilir.

Ordakı arakanlı müsəlmanların bu yardımları ala bilmələri iüçün Tambru Bazar şəhərinə getmələrinə icazə verilir, ancaq onlar daha sonra bölgəyə qayıtmaq məcburiyyətindədir.

Digər tərəfdən arakanlı müsəlmanlar Myanma hökumətinin Banqladeş sərhədini minaladığını və xeyli sayda insanın bu minalara basaraq əzalarını itirdiyini bildiriblər.



Әlaqәli Xәbәrlәr