Arakan müsәlmanlarını daşıyan bәrә batıb

Myanmadan qaçaraq Banqladeşә keçmәyә çalışan Arakan müsәlmanlarını daşıyan bәrәnin batması nәticәsindә 10-u  uşaq olmaqla 12 nәfәr hәyatını itirib, daha 25 nәfәr itkin düşüb.

822711

Bu barәdә Beynәlxalq Miqrasiya Tәşkilatının rәsmi internet sәhifәsindәn verilәn mәlumatda bildirilib.

Arakan müsәlmanlarını daşıyan bәrәnin gecә saatlarında Şah Porir Dwip bölgәsi yaxınlığında batdığı bildirilir.

Mәlumatda xilasedici әmәliyyat nәticәsindә 13 nәfәrin xilas edildiyi bildirilib.

Façiәnin Naf çayında baş verdiyi vurğulanıb.

Qeyd edәk ki, Myanma ordusunun silahlılarla mübarizә sәbәbindәn Arakan vәtәndaşlarına tәşkil etdiyi hücum nәticәsindә avqustun 25-dәn bu yana minlәrlә müsәlman hәlak olub.

Hәyata keçirilәn son hücumlar nәticәsindә 200-dәn çox kәnd  ordu  vә fanatik Budistlәr tәrәfindәn dağıdılıb.

Әlaqәli Xәbәrlәr