AŞPA-nın sədri "şəxsi səbəblərə görə" istefa etdi

Qeyd edək ki, Pedro Aqramuntun sədrliyi təmsil səlahiyyəti mart ayının sonunda Rusiya Parlamentinin alt qanadı Duma üzvlərilə Suriyanı səfəri zamanı Bəşşar Əsədlə görüşündən sonra alınmışdı.

821977
AŞPA-nın sədri "şəxsi səbəblərə görə" istefa etdi

  Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt vəzifədən getdi.

  Avropa Şurasının yazılı açıqlamasına görə P.Aqramunt göndərdiyi məktubla AŞPA rəhbərliyindən istefa etdiyini bildirib. 

  Qeyd edək ki, Pedro Aqramuntin sədrliyi təmsil səlahiyyəti mart ayının sonunda Rusiya Parlamentinin alt qanadı Duma üzvlərilə Suriyanı səfəri zamanı Bəşşar Əsədlə görüşündən sonra alınmışdı. Korrupsiya və siyasi qalmaqal iddialarından sonra AŞPA əsasnaməsində edilən dəyişikliklərə əsasən sentyabrın 9-dan başlanacaq payız dövrü AŞPA Məclisində onun vəzifədən ayrılması üçün iclas keçiriləcəkdi. Avropa Şurası ispaniyalı siyasətçinin istefa ərizəsindən sonra bu iclası ləğv edib.

  AŞPA sədrliyinə 2016-cı ilin yanvar ayında seçilən P.Aqramunt “Twitter”dən paylaşdığı açıqlamada bildirib: "Şəxsi səbəblərə görə AŞPA sədrliyindən istefa vermək qərarına gəldim".

  AŞPA-nın qaydalarına görə, istefa etmiş sədrin yerinə ən yaşlı sədr müavini olan ingilis Rocer Uels keçəcək.



Әlaqәli Xәbәrlәr