Tramp Asiya - Sakit okean bölgəsinə səfərə çıxır

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp 3-14 noyabr tarixlərində Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam, Filippin və Havayı da əhatə edən Asiya turuna çıxacaq.

817508
Tramp Asiya - Sakit okean bölgəsinə səfərə çıxır

   Ağ Saraydan verilən yazılı məlumata görə, "D.Tramp Asiya - Sakit Okean İqtisadi Əməkdaşlıq Birliyi (APEC) və Cənubi-Şərqi Asiya Beynəlxalq Birliyinin (ASEAN) zirvə toplantılarında iştirak edəcək, eyni zamanda, liderlərlə ikitərəfli görüşlər keçirəcək. O, azad və açıq bir Asiya - Sakit okean bölgəsinin Amerikanın təhlükəsizlik və rifahı üçün əhəmiyyətini gündəmə gətirəcək. Prezident həmçinin Amerikanın kommersiya ortaqlarıyla ədalətli və qarşılıqlı iqtisadi əlaqələrə toxunacaq. Trampın görüşləri Şimali Koreya təhdidi və Koreya yarımadasının atomdan təmizlənməsi baxımından da faydalı olacaq". 



Әlaqәli Xәbәrlәr