Fransa prezidenti İraqla bağlı ikili fikir yürütdü

Fransa prezidenti Emmanuel Makron İraqın Baş naziri Heydər İbadini İraqın birlik və bütövlüyü naminə bölgədə gərginliyi artıracaq hər cür fəaliyyətdən uzaq olmağa çağırdı.

817503
Fransa prezidenti İraqla bağlı ikili fikir yürütdü

   Makron və İbadi telefonda danışıblar. Söhbət zamanı Makron həm İraqın birlik və bütövlüyünün qorunmasına səy göstərilməsi, həm də bölgədəki kürd xalqının hüquqlarının qorunmasına toxunub. O deyib: "İraqın sabitliyi DAEŞ-lə mübarizədə prioritet məsələdir. Gərginlikdən uzaq durmalı və İraq xalqının birlik içində qalmalıdır."

  Daha sonra Fransa prezidenti İraq Baş nazirini Parisə dəvət edib.

  Xatırladaq ki, Fransa Xarici İşlər Nazirliyi İraqın şimalında 25 sentyabrda edilən qeyri-qanuni referenduma 4 gün sonra (29 sentyabrda) münasibət bildirərək gərginliyin azaldılması və dialoqa gedilməsilə bağlı mühakimə yürütmüşdü.



Әlaqәli Xәbәrlәr