"Səhəri açınca səsvermə üçün uzun növbələr yaradın" deyə çağırış edirlər

İspaniyada jandarma 1 oktyabrda Katalonyada keçirilməsi planlaşdırılan qeyri-qanuni müstəqillik referendumunun qarşısını almaq üçün əməliyyata davam edir.

816677
"Səhəri açınca səsvermə üçün uzun növbələr yaradın" deyə çağırış edirlər

  İspaniya mətbuatında yer alan xəbərlərə görə, jandarma Kataloniyanın İqualada şəhərində keçirdiyi əməliyyatda referendumla bağlı 2,5 milyon səs kağızı və 4 milyon zərf ələ keçirib. Sözü gedən materiallar Les Komes sənaye bölgəsindəki bir anbarda olub.

  İqualada Bələdiyyə sədri Mark Kastells isə bunların 1 oktyabr üçün deyil, kommersiya məqsədli sənədlər olduğunu deyib.

  İspaniya jandarması bu vaxta qədər keçirdiyi əməliyyatlarda referendumla əlaqədar 15 sentyabrda 1,5 milyon, 20 sentyabrda 9,8 milyon səs kağızı və bənzər materiallar ələ keçirib.

  Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz elan edilən, İspaniyanın Baş naziri Mariano Rajoyun "keçirilməyəcək" şəklində bəyanat verdiyi müstəqillik referendumu ilə bağlı israr edən Kataloniya yerli rəhbərliyi yerli xalqı müəyyən etdiyi seçki məntəqələrinə 1 oktyabr bazar günü səs verməyə çağırır.

  Prokurorluğun göstərişilə 1 oktyabrda Kataloniyadakı bütün dövlət binalarının bağlı olması üçün polis, jandarma və Kataloniya bələdiyyə polisinə tapşırılsa da, müstəqillik tərəfdarı olan vətəndaş cəmiyyət təşkilatları xalqa "Səhəri açınca səsvermə yerlərində uzun növbələr yaradın”, “Katalon polisilə işiniz olmasın" çağırışları edir.



Әlaqәli Xәbәrlәr