BMT təhlükəsizlik  şurası  Arakan  ilə  əlaqəli  növbəti yığıncaq  keçirəcək

28 Sentyabrda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Myanmarın Arakan ştatındakı vəziyyətlə bağlı yığıncaq keçirəcək.

814082
BMT təhlükəsizlik  şurası  Arakan  ilə  əlaqəli  növbəti yığıncaq  keçirəcək

Böyük Britaniyanın BMT yanında daimi nümayəndəsi Metyu Rikroft verdiyi açıqlamada: “BMT-nin Myanmardakı şiddət və Arakanlı müsəlmanların vəziyyətini müzakirə etmək üzrə Təhlükəsizlik şurasından yeni bir toplantı tələb etdik. Bizim çağırışımıza şura üzvü 6 ölkənin dəstəyini bildirməsinə görə toplantı qərarı qəbul edildi

Qərara görə BMT Təhlükəsizlik Şurası, Arakanda cərəyan edən prosesləri 20 Sentyabrda açıq iclasda müzakirə edəcək.

BMT Baş katibi Antonio Guterres, toplantıda Arakandakı vəziyyət haqqında şura üzvlərinə məlumat verəcək.



Әlaqәli Xәbәrlәr