"Namibiyaya mən də getdim" deyə Trampa söz atdı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bu dəfə coğrafi ad hay-küyünə səbəb oldu.

811787
"Namibiyaya mən də getdim" deyə Trampa söz atdı

   Nyu-Yorkdakı 72-ci BMT Baş Assambleyası çərçivəsində afrikalı lideri qəbul etdiyi ziyafətdə 2 dəfə "Namibiya” adlı ölkədən söz etdi. O, afrikalı liderlərə: “Qvineya və Nigeriyada dəhşətli Ebola virusu ilə mübarizə apardınız. Namibiyadakı səhiyyə təminatı xidmətləri isə getdikcə öz-özünə yetəcək hala gəlir", - dedi.

  Tramp “Namibiya” deyərkən Qambiyadanmı bəhs etmək istədi, ya Zambiyadan, bilinmədi. Bu yanlış sosial media istifadəçilərinin diqqətindən yayınmadı və sözü gündəmə gətirdilər.

  ABŞ-ın irqçilik əleyhinə fəallarından biri olan Reyçel Dolezal (Rachel Dolezal) da "Namibiyaya mən də getdim" deyə Trampa söz atıb. 


Etiketlәr: #Tramp Namibiya

Әlaqәli Xәbәrlәr