Rusiyada "telefon terroru"

Dünən Rusiyada şəxsiyyəti məlum olmayan insanlar tərəfindən telefonla verilən bomba xəbərindən sonra 14 şəhərdə 100000 min insan təxliyyə edildi.

810613
Rusiyada "telefon terroru"

Dünən Rusiyada şəxsiyyəti məlum olmayan insanlar tərəfindən telefonla verilən bomba xəbərindən sonra 14 şəhərdə 100000 min insan təxliyyə edildi.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda 152 binanın yoxlanıldığı və boşaldıldığı bildirildi.

Ölkədə keçən həftədən bu yana verilən bomba xəbərlərinin heç bir həqiqi çıxmadı.

Bomba qoyulması ilə bağlı anonim zənglərin terror təşkilatı DEAŞ ilə əlaqəsi olan şəxslər tərəfindən edildiyi iddia olunur.

Kreml sözçüsü Dmitriy Peskov hadisəni "telefon terroru" olaraq xarakterizə etdi, cavabdehlərin tapılması istiqamətində lazımi işlərin aparıldığını bildirdi.

 



Әlaqәli Xәbәrlәr