Şimali Koreya yenə ballistik raket sınaqdan keçirdi

Cənubi Koreya ordusu Şimali Koreyanın Pxenyana yaxın məsafədə "qeyri-müəyyən" raket buraxdığı barədə məlumat yaydı.

807405
Şimali Koreya yenə ballistik raket sınaqdan keçirdi

Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatını yaydı.

Məlumatda:"Şimali Koreya Pxenyana, Sunana yaxın məsafədə səhər saat 06.57 radələrində qeyri-müəyyən raket buraxdı. Raket 770 kilometr yüksəklik əldə edərək, 3700 kilometr məsafə qət etdi" deyilir.

Məlumatda sözügedən raket sınağınının Cənubi Koreya və Amerika Birləşmiş Ştatları tərəfindən analiz olunduğu da bildirilir. 

Agentliklər Şimali Koreyanın daha əvvəl sınaqan keçirdiyi raketlərin bu qədər uzun müddət havada qalmadığına diqqət çəkirlər.

Raketin buraxılması müəyyən olunduqdan sonra Yaponiyada hava siqnalı verildi, xalq sığınacaqlara çağırıldı.

Yaponiya dövlət naziri Yoşihide Suga orta mənzilli raketin Hokkadio adasının üzərindən keçdiyini və adanın 2000 kilometr cənubunda Sakit okeana düşdüyünü bildirdi.



Әlaqәli Xәbәrlәr