"NATO-ya üzv ölkələrin uyğun sistemlərdən istifadə etmələri önəmlidir", H.Nauert

H. Nauert Türkiyə və Rusiya arasındakı S-400 raket sistemi satın alınmasına dair müzakirələrlə əlaqəli  olaraq NATO üzvü ölkələrin NATO sistemlərilə uyğunluğu olan sistemlərdən istifadə etmələrinin önəmli olduğunu bildirib.

806182
"NATO-ya üzv ölkələrin uyğun sistemlərdən istifadə etmələri önəmlidir", H.Nauert

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Türkiyə və Rusiya arasındakı S-400 raket sistemi satın alınmasına dair müzakirələrlə əlaqəli “NATO üzvü ölkələrin NATO sistemlərilə uyğunluğu olan sistemlərdən istifadə etmələri önəmlidir.” deyib.

Sözçü gündəlik mətbuat konfransında verilən sual qarşısında Türkiyə ilə Rusiya arasındakı S-400 raket sistemləri ilə aləqəli görüşləri dəyərləndirib: “Rusiya sistemi, əgər Türkiyə bəhs edildiyi kimi S-400 sistemlərini satın alsa, standartlara uyğun olmayacağı təqdirdə bu bizi narahat edər.”

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə İslam Əməkdaşlıq Təşkilatının zirvə yığıncağında iştirak etmək üçün getdiyi Qazaxıstanda vətənə qayıdarkən açıqlama verərək demişdi ki, Türkiyə Cümhuriyyətinin müdafiə sənayesi və yaxud da müdafiəsi ilə əlaqəli müstəqillik əsaslarını və müstəqil qərarlarını hər halda heç kəsin mübahisə etmə haqqı yoxdur. Biz öz müstəqilliyimiz ilə əlaqəli qərarları özümüz verərik; ölkəmizi müdafiə etmək üçün qoruma tədbirlərini də, təhlükəsizlik tədbirlərini də özümüz görməkdə səlahiyyətliyik.



Әlaqәli Xәbәrlәr