İƏT Elm vəTeknologiya sammitində Arakanla bağlı bəyanat qəbul olundu

Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının Elm və Teknologiya üzrə birinci sammitində   Myanmada Arakan müsəlmanlarına tətbiq olunan zorakılıq və regiondakı humanitar böhran ilə əlaqədar toplantı keçirildi.

804417
İƏT Elm vəTeknologiya sammitində Arakanla bağlı bəyanat qəbul olundu

 Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının Elm və Teknologiya üzrə birinci sammitində  təşkilatın dönəm  sədri Türkiyənin təşəbbüsü ilə  Myanmada Arakan müsəlmanlarına tətbiq olunan zorakılıq və regiondakı humanitar böhran ilə əlaqədar toplantı keçirildi.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, dövlət və hökumət başçılarının qatıldığı toplantıda  19 maddəlik bəyanat qəbul olundu.
 
 Bəyanatda Arakan əyalətində müsəlmanlara qarşı tətbiq olunan sistematik təzyiqlərə və mülki vətəndaşlara qarşı zorakılıq aksiyalarına görə narahatlıq qeyd olunur, Myanma hökuməti beynəlxalq hüquq və insan haqlarına dair öhdəliklərə riayət etməyə çağırılır. Myanma hökumətindən arakanlı müsəlmanlara qarşı  həyata keçirdiyi deportasiya siyasətinə və müsəlman azlığın İslami kimliyini silməyə yönəlimiş cəhdlərinə son verməsi tələb olunur.
 
 Bəyanatda əyalətdə yaşanan gərginliklərin mənbəyində müsəlman azlığının ev və mülklərinə aid sənədlərin qeydiyyatdan çıxarılması, mənzil, ibadətgah və təşkilatlarına məxsus binaların məhv edilməsi kimi diskriminativ tədbirlərin görüldüyü bildirilir, arakanlı müsəlmanların 1982-ci ildə çıxan Vətəndaşlıq Qanunundan sonra vətəndaşlıq statuslarını itirdikləri xatırladılır, müsəlmanların bu yolla əsas hüquqlarından məhrum edildiyiı vurğulanır.
 
 Liderlər bəyanatda problemin sülh və dialoqa əsaslanan həll yollarına diqqət çəkirlər.
 
 Bəyanatda Arakanda humanitar vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmsası, hər bir insana etnik və dini mənsubiyyətinə görə məhkum edilmə qorxusu olmadan yaşaya biləcəyi bir şəraitin təmin olunması iistiqamətində lazımi addımların atılması üçün beynəlxalq cəmiyyətə müraciət edilir.
 
 Liderlər bəyanatda Myanma hökumətini  Birləşmiş Millətlər Təşkilatının sabiq baş katibi Kofi Annanın rəhbərliyi ilə hazırlanan Arakan Məsləhətləşmə Komissiyasının tövsiyələrinə riayət etmə çağırırlar.



Әlaqәli Xәbәrlәr