ABŞ ilə Misir birgə hərbi təlim keçirir

Misir ordusunun 8 ildən sonra ABŞ ilə “Parlaq ulduz 2017” adlı hərbi təlimi start aldı.

804456
ABŞ ilə Misir birgə hərbi təlim keçirir

Misir ordusunun 8 ildən sonra ABŞ ilə “Parlaq ulduz 2017” adlı hərbi təlimi start aldı.

Misir ordusunun rəsmiləri bəyanat yayaraq təlimin ölkənin şimal-qərbindəki Əl-Alemeyn bölgəsində yerləşən Məhəmməd Nəcib hərbi bazasında səntyabrın 20-dək davam edəcəyini bildirdilər.

Yayılan bəyanatda təlim çərçivəsində beynəlxalq çərçivədə strateji mövzular və terrorla mübarizə ilə əlaqəli fikir mübadiləsi aparılacağı, bir də səminar keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, ABŞ ilə Misir arasında 1981-ci ildən bəridir iki ildən bir keçirilən hərbi təlimlər Misir prezidenti Hüsnü Mübarəkin xalq üsyanı nəticəsində devrilməsindən sonra ortaya çıxan siyasi böhrana görə 2011-ci ildə ləğv edildi, sonrakı illərdə keçirilmədi.  



Әlaqәli Xәbәrlәr