Nobel Sülh Mükafatı ondan geri alınmayacaq, çünki...

Nobel Sülh Mükafatı Komitəsi Myanma Xarici İşlər naziri və Dövlət naziri Aunq San Suu Çiinin 1991-ci ildə layiq görüldüyü Nobel Sülh Mükafatının geri alınmayacağını bildirib.

803993
Nobel Sülh Mükafatı ondan geri alınmayacaq, çünki...

  İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Nobel Sülh Mükafatı Komitəsinin sözçüsü Olav Njolstad Myanmarda baş verən zorakılıq və qətl hadisələrindən sonra Suu Çiiye verilən Nobel Sülh Mükafatının geri alınmasıyla bağlı reaksiyalara münasibət bildirib: “Nobel Fondunun Nizamnaməsinə görə, Suu Çiiye verilən Nobel Sülh Mükafatını ləğv etmək mümkün deyil. Çünki mükafat ona o vaxta qədərki fəaliyyətinə görə verilib. Çoxdan mükafat qazananların sonrakı fəaliyyəti əsas sayılmır."

  Qeyd edək ki, Suu Çiinin Nobel mükafatının geri alınması üçün başlanılan imza kampaniyasında 300 mindən artıq adam iştirak edib.



Әlaqәli Xәbәrlәr