Avropa İttifaqının Almaniyaya Türkiyə cavabı

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrә ali nümayәndәsi Federica Mogherini önəmli olanın nəticə və atıla biləcək addımlar olduğunu söyləyib.

800987
Avropa İttifaqının Almaniyaya Türkiyə cavabı

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrә ali nümayәndәsi Federica Mogherini Sloveniyada keçirilən 12-ci Bled Strateji forumu çərçivəsində təşkil edilən paneldə Türkiyə ilə əlaqəli açıqlama verib.

Türkiyə ilə Aİ arasında bəzən çətin müzakirələr keçirildiyini, hər şeydən əvvəl dialoqun davam etdiyini vurğulayan Mogherini Türkiyənin hazırda namizəd ölkə olduğunu, onların Aİ-də, Türkiyənin də öz daxilində bunun dəyişib deyişməyəcəyini müzakirə edə biləcəyini, ancaq hazırda belə bir vəziyyətin olmadığını deyib.

Aİ-Türkiyə əlaqələrində hər zaman üzvlük müzakirələrinin diqqət mərkəzində olduğunu qeyd edən Mogherini bildirib ki, bəzən Türkiyənin strateji olaraq bizim üçün önəmli olan bölgədə, Orta Şərqdə və Aralıq dənizində kilid mövqedə olduğunu unuduruq. Həm bizim üçün həm də onlar üçün strateji olan terrorla mübarizədən, Kıbrıs və Suriyaya qədər müxtəlif mövzularda birgə işləyirik. Üzvlük müzarələri bir tərəfə, Aİ və Türkiyə tərəfdaşdır, bəzən iki tərəf də çətin tərəfdaş ola bilər. Müxtəlif sahələrdə birgə addımlar atırıq. Buna məcburuq. Coğrafiyanı seçmək olmaz, tarixi dəyişə bilməzsiniz. Lakin bir-birinizi daha yaxşı başa düşmə metodları tapa bilərsiniz.

“Gələcəkdə Türkiyə və Avropa İttifaqına üzv ölkələrdəki seçki kampaniyalarda səsləndirilənlərlə yox, başqa mövzularla maraqlanmağımızı təklif edirəm. Oturub əlaqələrimizin gələcəyini müzakirə edəcəyimiz zamanı səbirsizliklə gözləyirəm”-deyə Mogherini dilə gətirib.



Әlaqәli Xәbәrlәr