ABŞ prezidenti Moon Jae-ən və Angela Merkel ilə Şimali Koreya məsələsini müzakirə etdi

Liderlərin Şimali Koreya təhdidinə qarşı birgə mövqe ortaya qoyduqları bildirilib.

801011
ABŞ prezidenti Moon Jae-ən və Angela Merkel ilə Şimali Koreya məsələsini müzakirə etdi

ABŞ prezidenti Donald Trump Cənubi Koreyanın Dövlət başçısı Moon Jae-ən və Almaniya kansleri Angela Merkel ilə Şimali Koreya məsələsini müzakirə etdi.

Bu barədə Ağ Ev məlumat yayıb.

Yayılan məlumata əsasən, Trump Şimali Koreyanın sentiyabrın 3-də hidrogen döyüş başlığını sınaq etməsi ilə əlaqəli Moon və Merkel ilə telefonla görüşüb. Liderlərin Şimali Koreya təhdidinə qarşı birgə mövqe ortaya qoyduqları bildirilib.

Trump-Moon görüşündə Şimali Koreyanın bütün dünyaya qarşı təhdid olduğu vurğulanıb. İki liderin əllərindəki bütün vasitələrdən istifadə edərək Şimali Koreya üzərindəki təzyiqin artırılması barədə razılıq əldə etdikləri bildirilib.

Prezident Trump həmçinin Cənubi Koreyanın ABŞ-dan milyardlarla dollara silah və sursatın əldə etməsini bəyəndiyini söyləyib.

Trump ilə Merkel arasındakı telefon danışığına dair Ağ Evin yaydığı məlumatda isə bildirilib ki, iki lider də Şimali Koreyanın davam edən laqeyd və təhlükəli addımını pislədi. BMT daxilindəki yaxın koordinasiyanın daşıdığı əhəmiyyət vurğulandı. Prezident Trump Şimali Koreyanın bu son addımının sadəcə beynəlxalq ictimaiyyətin bu ölkənin  qadağan əməliyyatlarına qarşı qətiyyətli olduğunu gücləndirməyə xidmət edəcəyini vurğulayıb.

Telefon danışığında Şimali Koreyaya qarşı bütün seçimlərin masada olduğunun ifadə edildiyi də bildirilib.



Әlaqәli Xәbәrlәr