ABŞ Rusiyaya iki gün vaxt verdi

Trump rəhbərliyi Rusiyaya ABŞ-da olan bir neçə konsulluğunun fəaliyyətini dayandırmaq üçün 2 gün vaxt verdi.

800059
ABŞ Rusiyaya iki gün vaxt verdi

Trump rəhbərliyi Rusiyaya ABŞ-da olan bir neçə konsulluğunun fəaliyyətini dayandırmaq üçün 2 gün vaxt verdi.
 
 Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı Amerika Birləşmiş Ştatlarına aid diplomatik və texniki personal sayının 1 sentyabr tarixinə qədər 455-ə endirilməsini tələb etmişdi.
 
 Bundan sonra ABŞ cavab olaraq Rusiyadan ölkədəki diplomatik missiya əməkdaşlarının sayını azaltmağı tələb edərək, bunun üçün iki gün vaxt  verdi.
 
 Bu müddət ərzində Rusiya San Franciscodakı  baş konsulluğunu, Washington və New Yorkdakı  2 konsulluğunu bağlamalıdır.

 Washingtonun Moskvaya verdiyi iki günlük müddət bu gün bitir.
 
 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  ABŞ rəsmilərini rus diplomatlarının toxunulmazlığını birbaşa pozmaqda günahlandırdı.
 
 Sözçü Federal İstintaq Bürosunun (FBİ) bu gün sözügedən rus nümayəndəliklərinə  girməyə hazırlaşdığını qeyd etdi.
 
 Rusiya xarici işlər naziri Sergey Lavrov isə Washingtona sərt cavab hazırladıqlarını bildirdi.
 
 Hər iki ölkənin  qarşılıqlı olaraq 3  konsulluqla münasibətlərini davam etdirəcəyi qeyd edilir.
 
 ABŞ-da ötən il keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyi iddiaları ilə bağlı aparılan istintaq iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmuşdu.
 
 
 



Әlaqәli Xәbәrlәr