Brüsseldə əsgərlərə qılıncla hücum

Belçikanın paytaxtı Brüsseldə bir nəfər əlindəki qılıncla prokurorluq binası qarşısında patrul xidmətində olan 2 əsgərə hücum edib.

797060
Brüsseldə əsgərlərə qılıncla hücum

Belçikanın paytaxtı Brüsseldə bir nəfər əlindəki qılıncla prokurorluq binası qarşısında patrul xidmətində olan 2 əsgərə hücum etdi.

Hadisə yerli saatla 20.20-də baş verdi.

Hücuma məruz qalan əsgərlər əllərindən və üzlərindən xəsarət aldılar.

Hücum edən şəxs isə vuruldu.

Təcavüzkarın xəstəxanaya aparıldığı və orda öldüyü bildirilir.

Federal prokurorluq hadisəni terror aktı kimi qiymətləndirib.

Hazırda faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr