Rus səfir iqamǝtgahında ölü tapılıb

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə səfir Mirqayas Şirinski ölkə paytaxtı Xartumda yerləşən iqamətgahında ölü tapılıb. Hadisənin təfərrüatları hələ məlum deyil.

795623
Rus səfir iqamǝtgahında ölü tapılıb

Qeyd edək ki, 2013-ci ildən bəri Sudanda vəzifə icra edən 62 yaşlı Rus diplomat daha əvvəl də Misir, Yəmən, Səudiyyə Ərəbistanı və Ruandada  işləyib.

Sudan Xarici İşlər Nazirliyi də hadisəni təsdiqləyib. Nazirliyin sözçüsü Qaribullah əl-Hadar yazılı açıqlamasında: "Rusiya səfiri Mirqayas Şirinski, Xartumdakı iqamətgahında dünyasını dəyişib”.

 Sudan, Rusiya xalqına, hökumətinə və səfir Şirinskinin ailəsinə başsağlığı verir deyilən açıqlamada, Şirinskinin iki ölkə arasındakı əlaqələrin inkişafı uğrunda əhəmiyyətli addımlar atdığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr