Yəməndə ölənlərin sayı 8 mini ötüb

Yəməndə 2015-ci ilin martında başlayan şiddət hadisələri nəticəsində həyatını itirənlərin sayı 8,300 nəfəri ötüb

793443
Yəməndə ölənlərin sayı 8 mini ötüb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayımlanan hesabata görə, 19 Mart 2015 və 15 Avqust 2017 tarixləri arasında Yəməndə zorakılıq hadisələrində 8.380 nəfər ölüb, 47 min 741 nəfər yaralanıb.

Səhiyyə təşkilatlarının məlumatına görə həyatını itirənlərin və yaralananların sayının açıqlandığı hesabatda, ölüm hadisələri, qarşıdurmaların başladığı ilk il reallaşıb.

Uzun müddətli siyasi qeyri-sabitliyin hökm sürdüyü ölkədə, Husilər ilə sabiq prezident Əli Abdullah Saleh tərəfdaşları 2014-cü ilin sentyabrından bəridir paytaxt Sanaya nəzarəti ələ keçiriblər.

2015-ci ilin mart ayından etibarən Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya qüvvələri, Yəmən hökumətinə Husilərə qarşı dəstək məqsədiylə ölkənin müxtəlif bölgələrinə aviahücum başladıb.



Әlaqәli Xәbәrlәr