Qərbi Afrika ölkəsi Syerra-Leonedə daşqın və sürüşmənin fəsadları

Qərbi Afrika ölkəsi Syerra-Leonenin paytaxtı Freetownda daşqın və sürüşmələrin nəticəsində həlak olanların sayı 400-dən artıq.

792655
Qərbi Afrika ölkəsi Syerra-Leonedə daşqın və sürüşmənin fəsadları

Qərbi Afrika ölkəsi Syerra-Leonenin paytaxtı Freetownda daşqın və sürüşmələrin nəticəsində həlak olanların sayı 400-dən artıq.

BMT rəsmiləri paytaxt şəhərdə xilasetmə fəaliyyətlərinin davam etdiyini, indiyədək 409 nəfərin meytinin çıxarıldığını, ancaq hələ də xeyli insanın itkin olduğunu bildirib.

Digər tərəfdən daşqın və sürüşmələr nəticəsində həyatını itirən şəxsiyyəti naməlum insanlar üçün də ölkədə kütləvi cənazə mərasimi keçirilib.

Ölkənin telekommunikasiya nazirinin müavini Deveaux torpaq altından hələ də meyitlərin çıxarıldığını, xeyli sayda insanın itkin olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr