Ölkədə  7.7 milyon adam aclıqla  mübarizə edir

Demokratik Konqo Respublikasında açlıqla mübarizə edənlərin sayında bir il ərzindi 1,8 milyon artım qeydə alınıb. Ölkədə 7,7 milyon nəfər qida ilə təmin ola bilmir.

789971
Ölkədə  7.7 milyon adam aclıqla  mübarizə edir

BMT Dünya Qida Proqramı və BMT Qida və Əkinçilik Təşkilatının ortaq bəyanatında bildirilib ki, ölkədəki qarşıdurmalar və köçlər səbəbiylə xalq qida ilə təmin edilə bilmir. Aclıqla mübarizə edənlərin sayı iyun ayı etibarı ilə ötən ilin müvafiq dövrünə müqayisədə 1,8 milyon nəfər artaraq 7,7 milyon nəfərə çatıb. Qarşıdurmaların davam etdiyi bölgələrdə əkili sahələr talan edilir. Bu səbəblə fermerlər məhsul əldə edə bilmirlər. İnsanlar qida qıtlığı ilə yanaşı xolera və qızılca kimi yoluxucu xəstəliklərdən də mənfi təsirlənirlər. Ölkəyə təcili yardım çatdırılmaması halında vəziyyət daha da pisləşəcək.



Әlaqәli Xәbәrlәr