İsraildә hәrbi helikopter qәzaya uğradı

İsrail Hava Qüvvələrinə aid helikopter  Nəcəf çölündəki Ramon hərbi hava bazasında təlim uçuşu zamanı qəzaya uğrayıb.

785499
İsraildә hәrbi helikopter qәzaya uğradı

İsrail Hava Qüvvələrinə aid helikopter Nəcəf çölündəki Ramon hərbi hava bazasında təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Məlumata əsasən helikopterin qəzaya uğraması nəticəsində mayor rütbəsində olan pilot həlak olub, bir leytenant isə ağır yaralanıb.

Qəzadan sonra hava bazasındakı bütün hərbi uçuşlar dayandırılıb və hadisə ilə bağlı istintaq başlayıb.

Qeyd edәk ki, İsrail ordusu qәza ilә bağlı açıqlama vermәyib.



Әlaqәli Xәbәrlәr