ABŞ-da məsciddə partlayış oldu

Amerika Birləşmiş Ştatlarının Minnesota şəhərindəki məsciddə sübh namazından əvvəl partlayış oldu.

784453
ABŞ-da məsciddə partlayış oldu

Amerika Birləşmiş Ştatlarının Minnesota şəhərindəki məsciddə sübh namazından əvvəl partlayış oldu.

 Yerli polis  Bloomington bölgəsindəki Dar Al-Farooq İslam Mərkəzində səhər saat 05.00-da partlayış baş verdiyini və  hadisəylə əlaqədar istintaq işinə başlanıldığını bildirdi.
 
 Minnesota Müsəlman Amerika Cəmiyyətinin icraçı direktoru Əsəd Zaman keçirdiyi mətbuat konfransında məscid camaatından olan şahidin sözləri ilə partlayışın sübh namazından əvvəl furqonlu maşınla gələn birinin imamın ofisinin pəncərəsindən içəri bir şey atıb, sürətlə uzaqlaşmasından sonra baş verdiyini söylədi.
 
 Partlayış  zamanı məsciddə 20-ə yaxın adam olub. 

İtki yoxdur.

İmamın ofisindəki pəncərənin şüşələrinin qırılıb.
 
Əsəd Zaman hadisənin günahkarının tapılmasına kömək edənlərə10 min dollar pul mükafatı veriləcəyini bildirdi.
 
Yerli televiziya kanalına açıqlama verən  şahid də partlayışa "yanğın bombasının" səbəb ola biləcəyini söylədi.



Әlaqәli Xәbәrlәr