Tramp,Rusiyaya sanksiya  tətbiqinə  dair  qanun  layihəsini təsdiq edib

ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı  yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

782751
Tramp,Rusiyaya sanksiya  tətbiqinə  dair  qanun  layihəsini təsdiq edib

 Layihə, Trumpın ölkəsinin Rusiyaya tətbiq etdiyi sanksiyaları qaldırmağa ya da dəyişdirməyə istiqamətli ola biləcək addımlarının, Konqresin təsdiqinə tabe tutulmasını nəzərdə tutur.

Trump yazılı açıqlamasında bildirib ki, Konqres, Amerikanın düşmənləriylə Sanksiyalar Yoluyla Mübarizə məcəlləsindəki  maddələr nəzərə  alınaraq, qanun layihəsini imzalayıb. Mən də Tehran və Pxenyan rejimlərinin beynəlxalq qanunlara zidd fəaliyyətlirinin qarşısını almaq üçün sərt tədbirlər həyata keçirilməsini nəzərdə tutan bu qanun layihəsini təsdiq edirəm. Amerikanın demokratik prosesinə müdaxilə cavabsız qala bilməz. Rusiyanın təxrib edici, sabitlik pozucu hərəkətlərinə qarşı müttəfiqlərimiz və dostlarımızın yanında olacağımızı dəqiqləşdirmək uğrunda atılan addıma dəstək verirəm.

Konqres və Senatdan keçən həftə təsdiq edən sanksiyaların hədəf aldığı kəslərin çoxu Rusiyanın Ukraynadakı fəaliyyətlərinə dəstək verən və ya Rusiya Dövlət Başçısı Vladimir Putinə  yaxın   işadamlarıdır.

Qeyd edək ki, Sanksiyalarla Rusiyanın neft, maliyyə, texnologiya və silah sektorlarının Qərb ölkələrindəki mal varlıqları dondurulurken yeni fəaliyyətləri də məhdudlaşdırılır.



Әlaqәli Xәbәrlәr