Pakistanda yeni baş nazir seçildi

Pakistanda Navaz Şərifin vəzifədən kənarlaşdırılmasından sonra yeni baş nazir olaraq ölkənin keçmiş neft naziri Şahid Hakan Abbasi seçildi.

781728
Pakistanda yeni baş nazir seçildi

Pakistanda Navaz Şərifin vəzifədən kənarlaşdırılmasından sonra yeni baş nazir olaraq ölkənin keçmiş neft naziri Şahid Hakan Abbasi seçildi.  

Abbasinin 342 üzvlü Parlamentdə 221 millətvəkilinin müsbət səsini götürərək yeni baş nazir seçildiyi açıqlanıb.

Məclis sözçüsü Sərdar Ayaz Sadıq Abbasinin bugün gec saatlarda and içərək vəzifəyə başlayacağını bildirib.

Abbasinin səçilməsindən sonra Pakistandakı hakim partiya millət vəkilləri “Navaz Şərif” deyə şüar səsləndiriblər.

Qeyd edək ki, o, bu vəzifəni müvəqqəti olaraq icra edəcək. Çünki hakim Pakistan Müsəlmanlar Liqası bu posta korrupsiya ilə əlaqədar istefaya göndərilən Nəvaz Şərifin qardaşı, Pəncab əyalətinin birinci naziri Şahbaz Şərif ölkənin baş naziri postuna namizəd irəli sürülüb. Baş nazir olmaq üçün Şahbaz Şərif Pəncab əyaləti parlamentinin Aşağı Palatasına deputatlıqdan, habelə səlahiyyətlərindən könüllü olaraq imtina etməli, Pakistan parlamentinin Aşağı Palatasına üzv seçilməlidir.

Xatırladaq ki, Pakistanın Konstitusiya məhkəməsi iyulun 28-də baş nazir Nəvaz Şərifi korrupsiyada ittiham edərək vəzifəsindən kənarlaşdırdı.

Navaz Şərif qərardan sonra istefa vermişdi.



Әlaqәli Xәbәrlәr