Trump sanksiyalar barədə qanunu imzalayacaq

Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

779900
Trump sanksiyalar barədə qanunu imzalayacaq

ABŞ prezidenti Donald Trump Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə dair Konqresdə qəbul olunmuş qanunu imzalayacaq.

 Ağ Evin mətbuat xidmətinin verdiyi məlumatda deyilir ki, D. Trump qanun layihəsinin ilkin variantları ilə tanış olmuş və onun vacib elementləri barədə müzakirələr aparmışdı. İndi isə dövlət başçısı qanunun yekun versiyası ilə tanış olub və onun iradları nəzərə alındığı üçün sənədi imzalamaq niyyətindədir.  

Xatırladaq ki, iyulun 25-də Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Layihə hər iki palatada böyük səs üstünlüyü ilə qəbul olunub.

Mənbə: APA



Әlaqәli Xәbәrlәr