Almaniyada alış-veriş edən insanlara hücum edənin şəxsiyyəti məlum oldu

Alman polisi nəzarətə alınan təcavüzkarın 26 yaşında və  Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olduğunu açıqladı.

779795
Almaniyada alış-veriş edən insanlara hücum edənin şəxsiyyəti məlum oldu

Almaniyanın Hamburq şəhərinin Barmbek səmtində əlində bıçaq olan  təcavüzkar supermarketə girərək alış-veriş edən insanlara hücum etdi.

Nəticədə 1 nəfər öldü, 2-si ağır olmaqla, 6 nəfər yaralandı.

  Almaniyanın "Spiegel Online" internet saytının yadığı xəbərə görə, bıçaqlı təcavüzkar marketdən çıxdıqdan sonra ətrafdakılar tərəfindən qovalanıb.

  Qısa müddətdən sonra təcavüzkar 35 yaşlı bir Türk tərəfindən zərərsizləşdirilib.

 Həmin şəxsin təcavüzkarı zərərsizləşdirərkən yaralandığı da bildirilir.

  Alman polisi nəzarətə alınan təcavüzkarın 26 yaşında və  Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olduğunu açıqladı.

  Hamburq bələdiyyə sədri Olaf Scholz təcavüzü ksenofobiya təzahürü olaraq səciyyələndirərək: "Təcavüzkar  sığınacaq üçün müraciət edib lakin müsbət cavab almayıb. Deportasiyası isə pasportu olmadığı üçün təxirə salınıb" dedi.



Әlaqәli Xәbәrlәr