Donetskdə yeni dövlət iddiası

Ukraynada 3 il əvvəl başlayan qarşıdurmalardan sonra təktərəfli şəkildə müstəqilliyini elan edən Donetsk Xalq Respublikası keçid prosesindən sonra yeni bir dövlət qurulmasını təklif etdi.

772940

 Ukraynanın davamçısı olacağı bildirilən dövlətin adının Malorossiya (Kiçik Rusiya) olacağı deyilir.
 
 Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko Ukraynanın dağılmış bir dövlət olduğu fikrini irəli sürür, beynəlxalq cəmiyyəti Malorossiyanı dəstəkləməyə çağırır.
 
 Paytaxtı Donetsk olaraq müəyyən olunan federasiya dövləti - Malorossiyanın yeni statusunu müəyyən edən konstitusiyanın referenduma çıxarılması gözlənilir.

Әlaqәli Xәbәrlәr