ABŞ-da Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün imza kampaniyası başladı

Amerika Birləşmiş Ştatlarında  yaşayan Türklər Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün Ağ Sarayın rəsmi internet saytında imza kampaniyasına başladılar.

771742

 15 iyul dövlət çevrilişi cəhdinin birinci ilində hazırlanan " Ədalət naminə Fətullah Güləni Türkiyəyə Ekstradisiya Edin" başlıqlı mətndə: "Dövlət çevrilişi cəhdində həlak olanların və yaralananların ağrı-acısının azalması üçün ABŞ rəhbərliyinin Fətullah Güləni Türkiyəyə ən qısa zamanda  təhvil verəcəyinə inanırıq" deyilir.
 
 İmza kampaniyasına Ağ Evin internet səhifəsindəki "Ərizə" (petitions) hissəsindən petitions.whitehouse.gov ünvanından qoşulmaq mümkündür.
 
 30 gün ərzində 100 min imza toplanarsa,  kampaniya rəsmi orqanlarda müzakirə olunacaq.

Әlaqәli Xәbәrlәr