FETÖ malikanəsində qorxu və təlaş

15 İyul çevriliş cəhdinin birinci ildönümündə Anadolu Ajansın (AA) havadan çəkdiyi görüntülərdə Fətullahçı Terror Təşkilatı (FETÖ) başçısının ABŞ-ın Pensilvaniya ştatındakı malikanəsində qorxu və səssizliyin hökm sürdüyü göründü.

771556
FETÖ malikanəsində qorxu və təlaş
pensilvanya.jpg

   Böyük bir ərazidə yerləşən malikanə ətrafındakı binalarla birlikdə daha böyük bir kompleks təsiri bağışlayır.

  AA-nın vertolyotla çəkdiyi görüntülərdə Fətullah Gülənin yaşadığı malikanədə ərazini qoruyan FETÖ mənsubunun əlindəki kamera ilə vertolyotu çəkdiyi görünür.

  Dünən səhər malikanənin olduğu küçəyə gələn nümayişçilərə və mətbuat nümayəndələrinə kiçik bir yer ayıran ABŞ polisi az sonra hər kəsi küçədən uzaşlaşdırıb. Küçənin hər iki başını da tamamilə bağlayan polis içəriyə kimsənin girib-çıxmasına icazə verməyib. Amma FETÖ mənsubu nümayişçiləri lentə alıb. 

  FETÖ malikanəsində olan qorxu və narahatlıq başçılarını təhlükəsizlik tədbirlərini artırmağa vadar edib.

  Amerika Milli Xalq radiosuna (NPR) müsahibə verən F.Gülən malikanə ətrafında ediləcək nümayiş və xəbərlərin qarşısını almaq üçün polisin köməyinə müraciət etdiyini söyləyib.

  Qeyd edək ki, FETÖ başçısı 1999-cu ildən bəri ABŞ-ın Pensilvaniya əyalətinin Saylorsburq bölgəsindəki malikanəsində yaşayır



Әlaqәli Xәbәrlәr