Fransa milli bayramını - Bastiliya Gününü qeyd etdi

Ölkə prezidenti Emmanuel Makronun dəvətilə Fransada olan Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp və həyat yoldaşı da bayram mərasimlərində iştirak edib.

770780
Fransa milli bayramını - Bastiliya Gününü qeyd etdi

    Tədbirlər çərçivəsində hər iki dövlət başçısının birlikdə izlədiyi paraddan Fransa və ABŞ əsgərləri keçib.

  Qeyd edək ki, 14 iyul 1789-cu il Fransa inqilabı monarxiya əleyhdarlarının tutulduğu Bastiliya həbsxanasına edilən basqınla başlayıb. Hadisənin ildönümləri Fransada Milli Günü kimi qeyd olunur.

  14 iyul həm də Fransanın Nice şəhərində keçən il 86 adamın ölümünə bais olan, terror təşkilatı DAEŞ-in törətdiyi hücumun olduğu gündür. Bu münasibətlə Fransa prezidenti Makron Parisdəki tədbirlərdən sonra Niceyə yola düşəcək.



Әlaqәli Xәbәrlәr