Donald Trump Parisdə Emmanuel Macronla görüşdü

Yelisey Sarayında görüşən iki lider birgə mətbuat konfransı keçirdilər.

770511
Donald Trump Parisdə Emmanuel Macronla görüşdü

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Fransa İnqilabının ildönümü mərasimlərində iştirak etmək üçün Parisə getdi və Prezident Emmanuel Macron ilə bir araya gəldi.
 
 Yelisey Sarayında görüşən iki lider birgə mətbuat konfransı keçirdilər.
 
 Fransa prezidenti: "Görüşdə ticari əlaqələr, terrorla mübarizə və Suriya məsələsi ilə bağlı eyni fikirdə olduğumuzu təsdiq etdik. Liviya və Afrikanın Sahel bölgəsi ilə bağlı  və bir sıra məsələdə  də eyni görüşə malikik. Qlobal isinmə məsələsi daxil olmaqla, çox az məsələ ilə əlaqədar fikir ayrılıqları mövcuddur. Mən Paris İqlim Sazişinə sadiqəm" dedi.
 
 Macron ölkəsinin terrorla mübarizə məsələsində də ABŞ ilə  eyni istiqamətdə olduqlarını ifadə etdi.
 
 Donald Trump  Fransanın yeni liderinin liberal iqtisadiyyata baxışını təqdir etdi, ticarət və iqtisadiyyatın inkişafı üçün Fransa liderinin bürokratik maneələri aradan qaldırma cəhdlərinə böyük hörmət bəslədiyini bildirdi.
 
 İkitərəfli münasibətlərə toxunan Trump: "Fransa və ABŞ tarixi çox uzağa gedən iki müttəfiqdir. Bu iki ölkə əzəldən bəri azadlıq dəyərləri ilə bir-birinə bağlıdır. İki ölkə arasında bağlar qırılmayacaq dərəcədə güclüdür. Bizim əlaqələrimiz mükəmməldir" deyə danışdı.
 
 Daha əvvəl bu Paris İqlim Sazişini birtərəfli şəkildə ləğv etmək istəditini söyləyən ABŞ liderinin mətbuat konfransı zamanı işlətdiyi: "Paris İqlim Sazişi ilə bağlı bir şeylər ola bilər. Gözləyib, nələr olacağını görərik" ifadələri diqqət çəkdi.



Әlaqәli Xәbәrlәr