Trampın prezidentlikdən getməsini tələb edən mühakimə irəli sürülüb

Bred Şerman Nümayəndələr Palatasına Rusiyanın 2016-cı il seçkilərinə qarışmasıyla bağlı istintaq zamanı ədalətin pozulmasına dair iddia ilə ABŞ prezidenti Donald Trampın vəzifədən götürülməsini tələb edən mühakimə irəli sürüb.

769819
Trampın prezidentlikdən getməsini tələb edən mühakimə irəli sürülüb

  Amerika Birləşmiş Ştatları Kaliforniya ştatı Demokrat Partiyanın üzvü Bred Şerman Nümayəndələr Palatasına Rusiyanın 2016-cı il seçkilərinə qarışmasıyla bağlı istintaq zamanı ədalətin pozulmasına dair iddia ilə ABŞ prezidenti Donald Trampın vəzifədən götürülməsini tələb edən mühakimə irəli sürüb.

  D.Trampın prezidentlikdən azad olunmasını tələb edən Bred Şerman (Brad Sherman) onun seçkilərdən qabaq Rusiya ilə gizli müqavilə bağladığını iddia edir. Sırada əvvəlki FBI direktoru Ceyms Komi (James Comey) də var.

  B.Şerman deyib: "Bütün bunlardan sonra Donald Tramp bir prezident kimi etibara layiq deyil, əksinə, konstitusiya hökumətinə dağıdıcı təsir edən, qanun və ədalətin yüksək məqsədinə zərər vuran, ABŞ xalqı ilə incidici rəftar edən bir günahkardır, mühakimə olunmalı və vəzifədən götürülməlidir."

  Ağ Evin spikeri Sara Hakabi Sanders (Sarah Huckabee Sanders) münasibət bildirərək belə deyib: "Bu sözlər gülünc və siyasi oyunun ən pis addımıdır”.

  Bred Şermanın ABŞ prezidentini vəzifədən götürmə tələbini bu günə qədər yalnız Texas əyalətində Demokrat Partiyanın nümayəndələrindən olan Al Qrin dəstəkləyib.

  Şermanın irəli sürdüyü bu mühakimənin Konqresdən keçməsi uzaq bir ehtimal olsa da, Tramp haqqında rəsmi iddia olaraq qeydiyyata düşəcək.



Әlaqәli Xәbәrlәr