Parisin simvolu Eyfel qülləsi bağlandı

Fransa prezidenti Emmanuel Makron Trampın şərəfinə 13 iyul axşamı Eyfel Qülləsinin ikinci mərtəbəsindəki “Jules Verne” restoranında şam yeməyi qonaqlığı təşkil etdiyi üçün günortadan başlayaraq qüllə qonaqları qəbul etmir.

770132
Parisin simvolu Eyfel qülləsi bağlandı

  Fransanın paytaxtı Parisin simvolu Eyfel Qülləsi Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın səfəri və 14 iyul Milli Gün mərasimlərilə bağlı qapılarını şənbə gününə - 15 iyula qədər gələnlərin üzünə bağladı.

  Fransa prezidenti Emmanuel Makron Trampın şərəfinə 13 iyul axşamı Eyfel Qülləsinin ikinci mərtəbəsindəki “Jules Verne” restoranında şam yeməyi qonaqlığı təşkil etdiyi üçün günortadan başlayaraq qüllə qonaqları qəbul etmir.

  14 İyul Milli Gün münasibətilə axşam ənənəvi olaraq hava fişəngləri Eyfel Qülləsindən atıldığı üçün qüllə bu tarixdə də bağlı qalacaq.

   ABŞ prezidenti D.Tramp Fransanın 14 İyul Milli Günü tədbirləri çərçivəsində “Champs-Elysees” meydanında keçiriləcək hərbi parad mərasimini fransalı həmkarı E.Makronla birlikdə izləyəcək. Bu hərbi paraddan Fransa əsgərlərilə yanaşı Amerika əsgərləri də keçəcək.

  Qeyd edək ki, Eyfel Qülləsinə hər il təxminən 7 milyon turist gəlir.



Әlaqәli Xәbәrlәr