"ABŞ Əfqanıstanda itirir: strategiyamız yoxdur", C.Makkeyn

ABŞ Senatı Silahlı Qüvvələr Komitəsinin sədri və Arizona senatoru C.Makkeyn bir televiziya proqramında ABŞ-ın xarici siyasətinə münasibət bildirib

767893
"ABŞ Əfqanıstanda itirir: strategiyamız yoxdur", C.Makkeyn

  Amerika Birləşmiş Ştatlarında Respublikaçı Arizona senatoru Con Makkeyn ölkəsinin Əfqanıstanda itirdiyini söylədi.

  ABŞ Senatı Silahlı Xidmətlər Komitəsinin sədri və Arizona senatoru C.Makkeyn bir televiziya proqramında Amerikanın xarici siyasətinə münasibət bildirdi: "Əfqanıstanda itiririk. Strategiyamız yoxdur. Əgər məğlub edə bilmirsənsə, itirmisən deməkdir. Əfqanıstanla bağlı Ağ Evin siyasəti çox qarışıqdır. Birlikdə hərəkətə keçilməli və konkret bir strategiya açıqlanmalıdır. Prezidentin (Donald Trampın) ABŞ xalqına: “Artıq qazanmalıyıq, 11 Sentyabrı unutmayın”, - deməlidir. Amma mən ABŞ-ın bunu edə biləcəyinə inanıram. "

  Qeyd edək ki, ABŞ 11 Sentyabr hadisələrindən sonra 2001-ci ildə Əfqanıstanı işğal etmişdi. Missiya 28 dekabr 2014-cü ildə sonlandı və NATO 2015-ci ildə Qərarlı Dəstək adı ilə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim və dəstək proqramı keçdir. Hal-hazırda Əfqanıstanda 8400-dən çox Amerika, 5000 NATO əsgəri var. 15 iyunda ABŞ mediası Pentaqonun Əfqanıstana 4 min yenə əsgər göndərməyi planlaşdırdığını yazıb. Taliban və DAEŞ terrorçuları ölkədə tez-tez vətəndaş və hərbi birliklərə hücumlar edir.



Әlaqәli Xәbәrlәr