İngiltərə naziri böhranla bağlı Qətərə getdi

Boris Conson ayrı-ayrılıqda Qətər əmiri Şeyx Təmim Hamad Sani və ölkənin Xarici İşlər naziri Şeyx Məhəmməd Əbdürrəhman Sani ilə görüşüb.

767226
İngiltərə naziri böhranla bağlı Qətərə getdi

  İngiltərə Xarici İşlər naziri Boris Conson Qətərlə bəzi ərəb ölkələri arasında davam edən böhranla bağlı paytaxt Dohaya səfər edib.

  B.Conson ayrı-ayrılıqda Qətər əmiri Şeyx Təmim Hamad Sani və ölkənin Xarici İşlər naziri Şeyx Məhəmməd Əbdürrəhman Sani ilə görüşüb.

  Xəbəri Qətərin QNA rəsmi agentliyi yayıb.

  Conson İngiltərənin Körfəz böhranıyla bağlı Küveytin vasitəçiliyini dəstəklədiyini bildirib.

  İki ölkəni maraqlandıran məsələlərin müzakirə edildiyi görüşdə terror və radikalizm mövzuları da danışılıb.

  Conson həmçinin Qətərin 2022 Dünya Kuboku finalına ev sahibliyi məsələsinə toxunub və bu mövzuda əməkdaşlıq edəcəklərini nəzərə çatdırıb.

  İngiltərəli nazir əmirlə görüşündən sonra Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd Əbdürrəhman Sani ilə bir araya gəlib. Şeyx Məhəmməd görüşdə ölkəsinə sanksiyaların Birləşmiş Millətlər Təşkilatı razılaşması və beynəlxalq hüquqa zidd olduğunu bildirib.

  Qeyd edək ki, Qətərlə 4 ərəb ölkəsi arasındakı böhrana həll yolu tapmaq üçün Körfəz səfəri edən Conson bundan əvvəl Səudiyyə Ərəbistanı və Küveytdə olub.



Әlaqәli Xәbәrlәr